AzInTelecom Meqa Sığortanı seçdi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən "Azerbaijan International Telecom (AzIntelecom)" MMC əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Tenderin nəticələrinə əsasən “AzInTelecom”-un 719 əməkdaşının hər biri 15 min manat məbləğində olmaqla Meqa Sığortanın təqdim etdiyi könüllü tibbi sığorta xidmətlərindən faydalana biləcək.
Qeyd edək ki, “AzInTelecom” MMC-nin əsas fəaliyyət istiqaməti bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
“Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.