İnam Kərimov bu hakimi təqaüdə göndərdi - FOTO
Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
Məlumata görə, dekabrın 16-da Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb, peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edib.
Mehparə Əhmədova da təəssüratlarını bölüşərək, təşəkkür edib.