Bakıda məşhur klinika cərimələnə BİLƏR

 15:58 26.12.2024     233

Bakıda yerləşən "RM Medicare Klinika" MMC cərimələnə bilər.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, klinika altı min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək.