Şəxsiyyəti müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan VƏTƏNDAŞIDIR
Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb: “Onların 3-ü Rusiya, 3-ü Qazaxıstan və 4-ü Azərbaycan vətəndaşıdır”.
Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.