“Veysəloğlu”dan saxta məlumatla bağlı rəsmi AÇIQLAMA
“Veysəloğlu” MMC distribusiyasını həyata keçirdiyi Red Bull markası ilə bağlı yayılan yanlış məlumatlara dair rəsmi açıqlama yayıb.
Redaktor.az-ın məlumatına görə, şirkət bildirir ki, son dövrlərdə müxtəlif sosial şəbəkələrdə Red Bull brendi adından saxta postlar paylaşılır: “Bu paylaşımlarda Red Bull adından istifadə edərək endirim kampaniyalarının keçirildiyi göstərilir və əsassız foto və videomateriallar təqdim olunur, bank kartı məlumatları istənilir”.
Açıqlamada qeyd olunur ki, Red Bull markası ilə bağlı məlumatlar ancaq rəsmi social şəbəkələrdə (https://www.instagram.com/redbullaz/ və https://www.tiktok.com/@redbullaz ) və saytda (redbull.az) elan paylaşılır.
Şirkət vətəndaşlardan xahiş edir ki, Red Bull markasına aidiyyəti olmayan səhifələrdə yayılan saxta məlumatlara etibar etməsinlər, hər hansı bank məlumatlarını ötürməsinlər. Eyni zamanda, belə təxribatlar törədən şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Bu cür elanların düzgünlüyünü yoxlamaq üçün yalnız rəsmi mənbələrə müraciət etmək tövsiyə olunur.