Qroznıya uçan təyyarənin pilotları Aktauda qurbanları belə yad etdi - VİDEO

 12:14 29.12.2024     108

Özbəkistan Hava Yollarına məxsus Daşkənd-Qroznı reysini yerinə yetirən təyyarənin pilotları AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanları yad edib.

Redaktor.az xəbər verir ki, onlar qəzanın baş verdiyi Aktau şəhəri üzərində iki dövrə vuraraq qurbanların xatirəsinə ehtiramını bildiriblər. 

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus  “Embraer-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.