Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət EDİLDİ

 13:08 29.12.2024     64

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.

Redaktor.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında gündəlikdə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ yer alıb. 

Müraciəti deputat Samir Vəliyev oxuyub. 

“Sayına və intellektual potensialına görə dünyanın böyk millətləri ilə bir sırada dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqının milli-mənəvi bütövləşməyə çağırış günü münasibətilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Tariximizə və mədəniyyətimizə dərin kök salmış Həmrəylik günü dil, əqidə birliyimizin rəmzinə çevrilib. Biz bu günü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi, onları daha da artıraraq gələcək nəsillərə ötürmək əzmində olduğumuzu ifadə edirik”, - deyə müraciət mətnində qeyd olunub.

Müraciət səsə qoyularaq qəbul edilib.