Aktauda texniki problem olan təyyarə ilə bağlı AZAL-dan AÇIQLAMA

 14:55 30.12.2024     485

Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.

Redaktor.az xəbər verir ki,bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.

Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.

Təyyarədə sərnişin olmayıb.