Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı - FOTO

 18:00 03.01.2025     334

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsi hadisə yerindən çıxarılıb.

Redaktor.az xəbər verir ki, görüntüləri yerli "Telegram" kanalları paylaşıb.

Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.