"Hökumənin əlindən tutub təyyarəyə mən aparmışam" - VİDEO

 09:55 05.01.2025     300

Aktau yaxınlığında təyyarə qəzasında həlak olmuş Milli Qəhrəman Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.

Redaktor.az Baku TV-yə istinadən xəbər verir ki, təyyarə bələdçisi H.Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da olublar.

Onlardan biri Rəsmiyyə Əliyeva H.Əliyeva barədə xatirələrini bölüşüb. AZAL-ın əməkdaşı deyib: "Hökumə AZAL-a gələndə mən onun əlindən tutub təyyarəyə aparmışam. Təyyarə ilə tanış etmişəm. Qəza xəbərini eşidəndə çox məyus olduq".