Metroda gedişhaqqının artırılması gözlənilir? - Rəsmi CAVAB

Bakı metrosunda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb.
Redaktor.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədova sorğu ünvanladı. O, cavabında bu xəbərləri təkzib etdi.
""Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə B.Məmmədov bildirdi.
Türkan İSGƏNDƏRLİ