ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərdi - VİDEO

 15:46 07.01.2025     109

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin tarixində ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.

Bu barədə Redaktor.az-a ADY-dən bildirilib.

Qeyd edək ki, elektron qaimə sənədinin istifadəsi nəticəsində kağız sənədləşmə aradan qalxır, elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir, yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir, sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.

ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.