Bu cür elanlara inanmayın - DİN

 11:22 09.01.2025     181

“Ucuzdur” deyib internet resurslarında bazar dəyərindən aşağı qiymətə satışa çıxarılan əşyalara görə pul ödəməyin. Aldadadırlar.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşıb.

"Düşünün ki, dəyəri 3000, 5000 manat olan əşyanı sizə 1000, 1300 manata təklif edirsə, tələdir. Naftalanda polis bu işlə məşğul olan 2 şübhəlini saxlayıb. Zərərçəkmişlər var", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ