İlyas İsmayılovun vəziyyəti AÇIQLANDI
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir".
Redaktor.az xəbər verir bunu APA-ya açıqlamasında İlyas İsmayılovun gəlini Sevil Nuriyeva deyib.
Sevil Nuriyeva İlyas İsmayılovun uzun müddət əvvəl Mərkəzi Klinikiya yerləşdirildiyini bildirib.
“Reanimasiyada idi, hazırda palataya köçürülüb. Onda insult və pnevmaniya var. Bir neçə xəstəliyin ortaq fəsadları nəticəsində vəziyyəti pisləşib”, - o əlavə edib.