Baş nazirin müavinlərinin sayı üç oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Redaktor.az xəbər verir ki, S.Şərifovun Nazirlər Kabinetinə göndərilməsi ilə Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.
Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.
Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.
Məlumat üçün bildirək ki, əvvəllər kənd təsərrüfatı naziri (2004-2013) işləmiş İsmət Abbasov da sonradan baş nazirin müavini (2013-2018) vəzifəsində işləyib.