Azərbaycana gətirilən ucuz ət nə dərəcədə ETİBARLIDIR?

 15:17 11.01.2025     118

Mətbuatda və sosial şəbəkələrdə Ukraynadan ölkəmizə gətirilən ətlə bağlı müzakirələr aparılır.

Redaktor.az xəbər verir ki, ətin kilosu 10-11 manata təklif olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bir çox ölkələrdən Azərbaycana heyvan gətirilir. “Ukraynada müharibə şəraitində iqtisadi tələbat olduğundan Azərbaycana ucuz qiymətə ət gətirilir. Eyni zamanda Braziliyadan da ucuz ət gətirilir. Bu ətlər mağazalarda donmuş şəkildə olur. İstehlakçılar donmuş ətlərə üstünlük vermədikləri üçün təsadüfi mağazalarda rast gəlinir”, - o, İTV-yə açıqlamasında bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mənsur Piriyevin sözlərinə görə, məhsul risk qrupuna daxildirsə burada xüsusi yanaşma həyata keçirilir:

“Həmin məhsullar üzərində xüsusi nəzarət həyata keçirilir. Çünki insanda olan xəstəliklərin 70%-ə yaxını heyvan mənşəlidir. Ona görə də bu məhsullara xüsusi nəzarət həyata keçirilir. Vətəndaşlar da qida məhsulları, xüsusilə də ət məhsulları alarkən mütləq şəkildə məhsulların mənşə sənədini tələb etsinlər”.