Prokurorluğa qəbul edilən Vətən müharibəsi iştirakçılarının sayı AÇIQLANDI

2020-ci ildə Vətən müharibəsi başa çatandan keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.
Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2024-cü ildə elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimində deyib.
Qeyd olunub ki, onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.