Seçkilərdə ən gənc namizəd tələbədir: cəmi 18 yaşı var - FOTO
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq. Namizədlərdən ən gənci 18 yaşlı Səlimov Həsən Niyaməddin oğludur.
Onun namizədliyi 73 saylı seçki məntəqəsindən Masallı bələdiyyəsi üzrə Ana Vətən Partiyası tərəfindən irəl sürülüb.
Redaktor.az xəbər verir ki, modern.az Həsən Səlimovla həmsöhbət olub.
O qeyd edib ki, partiya rəhbərliyi ilə görüş olub, namizədə məsləhətlərini bildiriblər:
“Müzakirələrdən sonra mənim namizədliyimin irəli sürülməsinə rəy verildi və namizədliyim təsdiq olundu. Partiya rəhbərliyi seçkilərdə dəstəklərini ifadə etdilər. Mən əvvəlcədən xalqıma, Prezidentimə xidmət etmək niyyətindəyəm. Ona görə də bu addımı atdım, özümə inanıram. Seçiləcəyim təqdirdə xalqıma xidmət edəcək, partiyamızın və sədrimizin mənə göstərdiyi etimadı doğruldacağıma inanıram. Rəhbərliyimizin də bu yolda mənə dəstək olacağına və məsləhətlərini bildirəcəyinə inanıram”.
Müsahibimiz bildirib ki, Azərbaycan Universitetində təhsil alır:
“Humanitar və sosial elmlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsilimi davam etdirirəm. Hazırda imtahan sessiyasında olduğumuz üçün təəssüf ki, seçicilərlə aktiv görüşlər keçirə bilmirəm, bununla belə seçicilərimin mənə etimad göstərəcəyinə inanıram.