COP29 könüllülərinə 1500 manat VERİLİR

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
Redaktor.az unikal.az-a istinadən xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır.
Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.
Könüllülər şəxsiyyət vəsiqələri ilə müvafiq bank filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.