Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğv edilməsinə başlanılıb.
Redaktor.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hər iki mərkəz kreditorlarına müraciət edib.
Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin noyabrında "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.