Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan ETDİ

 18:01 15.01.2025     75

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.2 milyard manat olub.

1 yanvar 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard  manat təşkil edib.

Bankın 1 yanvar 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.