Sabah bu rayonda qaz KƏSİLƏCƏK

Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Redaktor.az xəbər verir ki, diametri 159 mm-lik qaz kəmərinin H.Aslanov küçəsindən keçən hissəsindən ayrılan, diametri 57 mm-lik qaz kəməri üzərinə Dş 50 mm-lik siyirtmənin quraşdırılması məqsədilə sabah saat 14:00-dan etibarən işlər yekunlaşana qədər İmişli şəhərinin bir hissəsində (ümumi 1000 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.