Parisdə Topçubaşovun məzarı ziyarət OLUNDU

Görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında paylaşım edib.
“20 Yanvar faciəsinin 35-ci ildönümündə görkəmli ictimai-siyasi xadim, ilk respublikasının qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.