"Azəriqaz"ın rəhbərliyi bu rayonda vətəndaş qəbulu keçirəcək
Yanvarın 24-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Salyan rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirəcək.
Redaktor.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə Salyan və Neftçala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-94-81; 055-510-59-95) müraciət edə bilərlər.