Azay Quliyev Helsinkiyə gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, millət vəkili ATƏT Parlament Assambleyasının yanvarın 24-də keçiriləcək Büro iclasında qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.
Səfər yanvarın 25-də başa çatacaq.