Milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı HAZIRLANIR

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı hazırlanacaq.
Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Qeyd edək ki, bu il Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyidir.
1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.