Azərbaycan mətbuatında xüsusi xidməti olan şəxslərə yubiley medalı VERİLƏCƏK
Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək.
Redaktor.az xəbər verir ki, bu, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.