Süni intellektin inkişafı peşələrlə bağlı narahatlıq doğurur - Təhsil İnstitutu
Süni intellektin inkişafı ilə peşələrin sıradan çıxacağı ehtimalı narahatlıq doğurur.
Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva "Müasir çağırışlara cavab: müəllimlərin peşəkar bacarıqlarının inkişafı" mövzusunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, müasir dövrün çağırışları peşələrin sıradan çıxmamasına gətirib çıxarmalıdır:
"Təhsilverənin rəqəmsal bacarıqları müasir bacarıqları öyrədə bilmək üçün yüksək olmalıdır".
N.Mehdiyeva bildirib ki, bu gün qarşıda duran əsas məsələ informasiya ötürmək olmamalıdır:
"Bu gün peşə təhsil müəssisələrində iş yalnız mühazirələrlə informasiya çatdırmaqdan ibarət olmamalıdır. Çünki hazırda tələbələrin resurslara çıxışı müəllimin çıxışından daha asandır. Əsas məsələ dil tapıb danışmaq, fikri dinləyə bilmək, düşünə bilmək, nəticəyə gəlib reaksiya vermək bacarığıdır".