Nazir direktoru işdən ÇIXARDI

Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.
Redaktor.az-ın unikal.az-a istinadla məlumatına görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur. Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.