Sürücülərin nəzərinə!

Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 27-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.