Vəfat edən biznesmen məşhur aktrisanın müalicəsinə 10 min dollar kömək edib? - FOTO
Moskvada yaşayan azərbaycanlı biznesmen Mehman Cabbarovun dünən qəfildən 58 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, xeyriyyəçi kimi tanınan M.Cabbarovun ölümü onu tanıyanları dərindən sarsıdıb.
Sosial şəbəkədə Murad Əliyev adlı şəxs paylaşımında bildirib ki, M.Cabbarov xərçəng xəstəliyindən dünyasını dəyişən "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyevanın da müalicəsi üçün bir vaxt 10 min dollar kömək edib. O, həmçinin bildirib ki, M.Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna da 20 min dollar ianə edib.
Qeyd edək ki, M.Əliyev həmçinin çox sayda insanı şəxsi hesabına Həcc ziyarətinə də göndərib.
Vasif