Jurnalist Şahnaz Bəylərqızı SAXLANILDI
“Toplum TV”nin əməkdaşı Şahnaz Bəylərqızı saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
“Toplum TV”də veriliş aparıcısı işləmiş Ş.Bəylərqızının evində axtarış aparılıb. O, istintaqa cəlb edilib.
Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər. Qeyd olunub ki, Hüseynova Şahnaz istintaq zərurəti ilə əlaqədar saxlanılıb. Araşdırma aparılır.