Bakıda qatarlarının sürət həddi ENDİRİLDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269694.webp?v=MTE6NDgyMDI1LTAyLTA4IDA5OjMxOjM0)
“Azərbaycan Dəmir Yolları” QSC paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
Qurumdan Redaktor.az-a bildirilib ki, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edilir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.