“Turan” Agentliyi "Prezident təyyarəsi xəbəri"nə görə üzr İSTƏDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269713.webp)
Fevralın 5-də "Turan" İnformasiya Agentliyi " Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir" başlıqlı məqalə dərc edib. Məqalədə iddia olunur ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, guya 25 dekabrda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.
Redaktor.az-ın məlumatına görə, "Turan" İnformasiya Agentliyi bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.
"Məqalə təsdiqlənmiş faktlara və ya hər hansı rəsmi araşdırmanın nəticələrinə əsaslanmır, əksinə, 25 dekabr 2025-ci ildə Qroznı üzərində AZAL təyyarəsi ilə bağlı hadisələrdən təsirlənən müəlliflərin subyektiv yozumudur" - "Turan"ın təkzibində bildirilib.
Agentlik oxucularından bu səhvə görə üzr istəyib.