"Bakı Metropoliteni"ndə yeni TƏYİNAT

 13:30 08.02.2025     129

"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, bu vəzifə Şaban İmkanıya həvalə edilib.

O, bundan əvvəl Caspian Tech QSC-də Baş İcraçı Direktorun müşaviri, ADY-nin Çağrı Nərkəzinin rəhbəri, "Nar"da Brend və Reklam işi üzrə baş mütəxəssis vəzifələrində çalışıb (banker.az).