Goranboyun bu kəndində yeni transformator quraşdırıldı - FOTO

 13:52 10.02.2025     388

Goranboy rayonunun Yeniyol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 100 kv gücündə transformator yarımstansiyası quraşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə 97 sayı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputat Anar Məmmədov özünün feysbuk hesabında məlumat verib.

"Bu münasibətlə kənd sakinləri ilə görüşüb, onları təbrik etdik, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildirdik", - deyə o qeyd edib.

222222222