AMEA-nın Lənkərandakı mərkəzi müğənni ilə 1500 manatlıq müqavilə İMZALADI
![](https://img.redaktor.az/news/2025/02/photo_270074.webp?v=MjM6MDIyMDI1LTAyLTExIDE4OjQyOjUz)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elm Mərkəzi müğənni Cavad Rəcəbovla satınalma müqaviləsi bağlayıb.
Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, müqavilənin maliyyə dəyəri 1500 manatdır və ofis icarəsi ilə bağlıdır.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid elektron internet portalında keçirilməyib.
Cavad Rəcəbov tanınmış müğənnidir. O, uzun müddət Azərbaycan musiqçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri namizədi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblının solisti olub.