Milli Məclis may ayında xüsusi iclas keçirəcək

 14:17 12.02.2025     101

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.