Azərbaycanda növbəti əfv olacaq - 100-dən çox müraciətə baxıldı

 18:30 12.02.2025     70

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Report"a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"Administrasiyanın rəhbəri indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu dedi. Daha sonra iclasın gündəliyi açıqlandı. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərdə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi".