Azərbaycan əhalisinin yanacaq xərcləri yanvarda 9 %-dən çox artıb

 19:30 13.02.2025     159

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 271 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,3 % çoxdur.

Ötən ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.