Meteohəssas insanlara sabahla bağlı XƏBƏRDARLIQ

 15:40 16.02.2025     283

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.