İlyas İsmayılovun dəfn yeri məlum OLDU

Bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişən Ədalət Partiyasının sədri İlyas İsmayılovun dəfn yeri məlum olub.
Redaktor.az xəbər verir ki, bu haqda jurnalist Elxan Şükürlü məlumat verib.
"Dostlar, jurnalistlərimizin çoxsaylı sorğularına cavab olaraq, bildirirəm ki, cənazə sabah saat 11.00-da Heydər Məscidindən götürüləcək. İlyas müəllim, vəsiyyətinə uyğun olaraq, Nardaran qəbristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq",- deyə o, bildirib.
Vasif