Bu ölkə ilə dəmir yolu açılsa yaxşı olar - AÇIQLAMA

 15:23 19.02.2025     170

2025-ci il mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa olunması gözlənilir. Bu digər qonşu dövlətlər yəni, Rusiya və İranla da quru sərhədlərinin açılma məsələsini gündəmə gətirib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Rasim Musabəyov  Rusiya ilə dəmir yolunun bərpa olunmasının əlverişli ola biləcəyini bildirdi:

Rasim Musabəyov: Bu gün güc Azərbaycanın tərəfindədir - AZƏRTAC

"Rusiya ilə dəmir yolunun açılmasını gözləyirəm. Avtomobillə gediş-gəlişin açılması qeyri-müəyyəndir. Dəmir yolu nəqliyyat üçün əlverişlidir. Həm də bir çox Rusiya şəhərlərinə bizim təyyarələrimiz daha çox uçmur. Ona görə ki, onların səmasında xeyli problemlər var. İnsanlar isə ora gedib-gəlməlidirlər. Düşünürəm ki, qatarlar insanların istifadəsi üçün təzədən Rusiyada istiqamətində də işləyə bilərlər. İranla isə bizim dəmir yollarımız yoxdur". 

Türkan İSGƏNDƏRLİ