Bağlanan “Nuxa” “qumar kralı”nın İMİŞ

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, restoranın sahibi hazırda həbsdə olan və “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) olub.
Qeyd edək ki, Yusiq Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.