Hacıbala Abutalıbovun oğluna məxsus olduğu iddia edilən şirkət PARÇALANDI

 14:56 20.02.2025     202

"Müstəqil Spektr” şirkəti yenidən təşkil olunduğunu elan edib.

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətdən məlumat əldə edib.

Bildirilib ki, bu, şirkətin tərkibindən yeni "Müstəqil Sfera" MMC-nin ayrılması ilə əlaqədardır.

Qeyd edək ki, "Müstəqil Spektr” MMC 1994-cü ildə dövlət qeydoyyatına alınıb. Hazırda şirkətin qanuni təmsilçisi Cabbarov Tuqay Elşad oğludur. Əvvəllər mətbuatda bu şirkətin Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova məxsus olduğu barədə iddialar yayılıb.