Ən çox qar yağan ərazilər AÇIQLANDI

 10:50 21.02.2025     153

Ən çox qar yağan ərazilər açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.