"Cəmiyyət olaraq bu cür rusbaşları linç etməliyik" - Hafiz Hacıyev

 13:09 21.02.2025     156

Xəbər verdiyimiz kimi, kinorejissor Ayaz Salayevin çıxışı zamanı türk dilinin dilimizə təhlükə olduğunu deməsi günlərdir ki, müzakirələrə səbəb olub. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də A.Salayevin fikirlərinə sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, H.Hacıyev kinorejissora belə cavab verib:

"Ayaz Salayev kimi dar düşüncəyə malik olan biri rusların törətdiyi 20 Yanvar, Xocalı soyqırımını unudub və hələ də rus faşizminə bu qədər sevgi bəsləyirsə, bu şəxsin azərbaycanlı olması məndə şübhə yaradır! Cəmiyyət olaraq bu cür rusbaşları linç etməliyik və biz xalqımıza 100 illərdir təhlükənin rusiyadan gəldiyini hər gün xatırlatmalıyıq!".

Vasif