Nurlan Libre həbs OLUNDU

“Meydan tv” işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində həbs qətimkan tədbiri seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, onun barəsində 1 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nurlan Qəhrəmanlı ötən gün saxlanılıb.