"Azəriqaz"ın baş direktoru İsmayıllıda 50-yə yaxın vətəndaşı qəbul etdi - FOTO

 18:15 21.02.2025     173

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov İsmayıllı rayonunun sakinləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq vətəndaş qəbuluna İsmayıllı ilə yanaşı, Ağsu rayonunun kəndlərindən olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 30 nəfər görüşə gələn 50 nəfərin adından qaz təchizatı ilə bağlı müraciət ünvanlayıb. Bunlar da əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması və işə qəbul ilə bağlı olub.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

22222