Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb - ADY

Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.
Bu barədə Redaktor.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.
Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də, Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.
"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dən bildirilib.